Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir
69 nömrəli tam orta məktəbin fəaliyyət planına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş müxtəlif səpgidə tədbirlərin keçirilməsi və təşkili davam edir. 22 may 2018-ci il tarixində keçirilən tədbirdə şagirdlərin çıxışları, ulu öndər Heydər Əliyevin müstəqilliyimiz haqqında dediyi kəlamlar şagirdlərin dilindən səsləndi. Şagirdlərin rəqs və mahnı ifaları, oynadıqları səhnəciklər tədbirin dolğun və məzmunlu keçirilməsi məktəb kollektivi tərəfindən rəğbətlə qarşılandı. Tədbirdə çıxış edən məktəbin direktoru Taleh Şahbazov AXC-nin yaranma tarixindən və onun fəaliyyətindən danışdı. Son olaraq tədbiri təşkil edən 3d sinif rəhbəri Hüseynova İlhamə Təşəkkürnamə ilə təltif olundu.