69 nömrəli tam orta məktəbdə “Oxu həftəsi”

Bakı şəhəri 69 nömrəli tam orta məktəbdə 20-21 aprel Milli Oxu günü çərçivəsində silsilə tədbirlər, dəyirmi masa və flashmob təşkil olunmuşdur. Aprel ayının 20-sində keçirilən tədbirdə məktəbin  VI-XI sinif şagirdləri öz nömrələri ilə çıxış etmişlər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Taleh Şahbazov oxunun, əlavə mənbələrdən bilik əldə etmənin, mütaliə vərdişinin əhəmiyyətindən danışmış, şagirdləri bu sahədə fəal olmağa çağırmışdır.

İlk öncə kitabxananın fəaliyyəti ilə bağlı məruzə dinlənildi. Sonra isə VIII sinif şagirdlərinin hazırladıqları Cəfər Cabbarlının “Dilarə” hekayəsindən səhnələşdirilmiş bir parça nümayiş etdirildi. Mirzə Ələkbər Sabirin satiraları tamaşaçılar tərəfindən alqışla və maraqla qarşılandı. Hüseyn Cavidin “İblis” əsərindən İblisin monoloqu, Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərindən bu parçanın səhnələşdirilməsi tədbirin zənginliyindən xəbər verirdi.

Milli oxu günü çərçivəsində eyni zamanda 9C sinif şagirdləri Mirzə Ələkbər Sabirin təhsilə aid satiralarını məktəb radio-qovşağı vasitəsilə səsləndiriblər.

Şagirdlərdə mütaliə vərdişi, oxumağa həvəs, kitabı sevmək, yeni biliklər, dünya görüşü əldə etmək naminə irəli!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi