Əsrin Xocalı faciəsi
22 fevral 2018-ci il tarixində Bakı şəhəri 69 nömrəli tam orta məktəbdə məktəbin Fəaliyyət planı əsasında Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar ədəbi-bədii tədbir keçirildi. İbtidai və yuxarı sinif şagirdlərinin söylədikləri şeirlər, Xocalı sakinlərinin fəryadını əks etdirən səhnəciklər, şagird və müəllimlərin vətən haqqında dedikləri kəlamlar, erməni faşistlərinin törətdikləri vəhşilikləri əks etdirən videoçarx tədbir iştirakçılarının qəlblərini riqqətə gətirməyə bilməzdi.