"Ölkəmizi tanıyaq" layihəsi
Şagirdlərin payız tətili dövründə 15-18 noyabr 2017-ci il tarixinədək Sabunçu rayonu 69 nömrəli tam orta məktəbin iki şagirdi - IX sinif şagirdləri - Mövsümov Nurlan Mübariz oğlu və Alıyeva Gülyaz Abbas qızı Təhsil Nazirliyi və Sabunçu rayonu İcra Hakimiyyətinin birgə layihəsi olan "Ölkəmizi Tanıyaq" layihəsinə qoşulmuşlar. Şagirdlər Azərbaycanın dilbər guşələri olan Lənkəran, Astara, Masallı bölgələrini gəzərək ölkəmizi daha yaxından tanımış, Azərbaycanın tarixi, coğrafiyası və etnoqrafiyası haqqında çoxlu bilgilər əldə etmişlər.
Şagirdimiz-Mövsümov Nurlan Mübariz oğlu Lənkəran şəhərində 49 məktəb arasında Azərbaycan İntellektual Klublar Assosiasiyasının keçirtdtiyi "Nə? Harada? Nə zaman? Breyn-rinq intellektual oyununda iştirak edərək 1-ci yerə layiq görülmüş və medalla mükafatlandırılmışdır.