"Oxuyaq və Oxudaq" devizi altında kitab aksiyası

69 nömrəli tam orta məktəbin şagirdləri Sabunçu rayonu İcra Hakimiyyətinin keçirdiyi "Oxuyaq və Oxudaq" kitab aksiyasında iştirak etdilər. Aksiya zamanı şagirdlərə yazıçı və şairlərimizin müxtəlif illərdə nəşr edilmiş bədii əsərləri hədiyyə edildi. Bunun üçün Sabunçu rayon İcra Hakimiyyətinə və aksiyanın təşkilində əməyi keçən bütün insanlara təşəkkür edirik.