Təhsil Nazirliyi tərəfindən keçirilən bilik yarışı
Məktəblilər arasında www.e-test.edu.az portalı vasitəsilə keçirilən bilik yarışının qalibləri bəlli olub.Təhsil Nazirliyi tərəfindən keçirilən bilik yarışı şagirdlərin istedadının, intellektual səviyyəsinin, nitq, təqdimat qabiliyyətinin və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil edilib.Eləcədə məktəbimizi 6 d sinif şagirdi Madərov Faiq tarix fənni,8 a sinif şagirdi Əliyev Əbdüləli tarix və ingilis fənni üzrə qalib gələrək respublika qalibləri olmuşlar.Nəticələrə görə, 35 məktəbli bilik yarışında yüksək bal toplayaraq qalib adını qazanıb. Qeyd edək ki, portal vasitəsilə elektron qeydiyyatdan keçən şagirdlər 8 fənn üzrə 30 000-dən artıq test çalışmasını həll edərək bilik yarışının iştirakçısı olurlar. Çalışmaları həll etdikcə hər bir şagird müvafiq ballar qazanır. Toplanan ballar artdıqca şagirdlərə virtual simvolik həvəsləndirici medallar verilir