“Qəlbimizdə Vətən, Yolumuzda Nur” adlı tədbir keçirildi.

30 aprel 2025-ci il tarixndə 4a sinif müəllimi Əliyeva Mətanətin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ilinə həsr edilmiş “Qəlbimizdə Vətən, Yolumuzda Nur” adlı tədbir keçirildi.
Vətənpərvərlik ruhunda təşkil olunmuş tədbir böyük ruh yüksəkliyi ilə keçirildi. Tədbirdə 4a sinif şagirdləri müxtəlif çıxışlarla öz bacarıqlarını nümayiş etdirdilər.
Şagirdlər Vətənə olan sevgilərini ifadə edən şeirlər söylədilər, mahnılar oxudular, vətənimizin qəhrəmanlıq dolu tarixindən ilhamlanmış çıxışlar etdilər. Tədbirdə müəllimlərə və anaya həsr olunmuş şeir və mahnılar da səsləndi. Bu hissələr tədbirə duyğusal və mənalı çalarlar qatdı.
Sonda isə uşaqların ibtidai sinfi uğurla başa vurmaları münasibətilə təltif mərasimi keçirildi. Şagirdlərə Fəxri diplom və xatirə hədiyyələri təqdim olundu.
Tədbir həm şagirdlər, həm də valideynlər üçün yaddaqalan və duyğulu bir gün oldu. Bu cür tədbirlər uşaqlarda vətənə, ailəyə və müəllimə sevgi hisslərinin daha da möhkəmlənməsinə xidmət edir.