Gender Bərabərliyi

Gender bərabərliyi hər bir insanın cinsindən asılı olmayaraq eyni imkanlara sahib olması deməkdir.Bərabər şəraitdə yaşamaq,çalışmaq və inkişaf etmək hər bir insanın haqqıdır.
27 may 2025-ci il tarixində məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlər ilə məktəbin psixoloqu və UBTR-i tərəfindən “Gender bərabərliyi” mövzusunda maarifləndirici seminar keçirildi.Seminarda məktəblilərə gender məsələləri barədə ətraflı məlumat verildi,ölkəmizdə gender bərabərliyinin təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırıldı.Seminarın keçirilməsində məqsəd məktəbdə gender bərabərliyi,oğlan və qız şagirdlərin bərabər hüquqlara,imkanlara və dəyərləndirilməyə malik olduğu bir təhsil mühitinin yaradılmasıdır.