28 May Müstəqillik Günü mövzusunda təşkilat saatları keçirildi.

27 may 2025-ci il tarixində məktəbin ibtidai siniflərində 28 May Müstəqillik Günü ilə əlaqədar təşkilat saatları keçirildi. Şagirdlərə Azərbaycan Respublikasının yaranma tarixi, bu günün əldə edilməsi uğrunda aparılan mübarizələr haqqında məlumatlar verildi. Mövzuya aid videolar nümayiş olundu. Şagirdlərin ifasında şeirlər səsləndirildi. Məqsəd 28 May Müstəqillik Günü haqqında şagirdləri məlumatlandırmaqdır.