Azərbaycanın dövlət müstəqilliyi əbədidir və sarsılmazdır.

28 May şanlı tariximizin ən əhəmiyyətli günlərindən biri, milli özünüdərk və azadlığımızın təntənəsi, milli kimliyimizi bütün dünyaya bəyan etdiyimiz tarixdir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Məktəbin tədbirlər planına uyğun olaraq, 2025-ci ilin " Konstitusiya və Suverenlik ili" elan edilməsi və "7-dən 17-yə vətənpərvər" layihəsi çərçivəsində 27 may 2025-ci il tarixində məktəbin UBTR-i Pərvanə Salmanova 28 May-Müstəqillik Günü ilə əlaqədar "Azərbaycanın dövlət müstəqilliyi əbədidir və sarsılmazdır" adlı tədbir keçirdi.
Tədbirin keçirilməsində əsas məqsəd, şagirdlərə ölkənin tarixi və qürurlu müstəqillik yolu haqqında məlumat vermək, müstəqillik və suverenliyi təbliğ etmək, gələcək nəsillərə müstəqil dövlətimizin keşiyində layiqincə durmağı aşılamaqdır