“Konstitusiya və Suverenlik İli” çərçivəsində debat dərs keçirildi.

22 may 2025-ci il tarixində Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq məktəbin tarix müəllimlərinin təşəbbüsü ilə, IX sinif şagirdlərinin iştirakı ilə “Konstitusiya və Suverenlik dövlətçilimizin əsas amilidir” mövzusunda debat dərs keçirildi.
Şagirdlər Konstitusiyanın fəsilləri, bölmələri haqqında geniş məlumat verdilər. 159 maddə, 12 fəsil, 5 bölmədən ibarət ali qanun sayılan Konstitusiyanın maddələrinin əhəmiyyətindən danışdılar. Şagirdlərə hüquq və vəzifələr haqqında məlumat verildi.
Məktəbin direktoru Faiq Məmmədov, tarix müəllimləri Elnur Haşımov, Xəyalə Əsgərli şagirdlərə istirahət hüququ, insan haqları, təhsil hüququ, dövlətçiliyimiz haqqında maddələri izah etdilər.
Tədbirdə suverenliyimizi əks etdirən maddələr daha geniş müzakirə olundu. Tədbirdə xüsusilə qeyd edildi ki, 2023-cü ilin sentyabrın 20-də aparılan antiterror əməliyyatı nəticəsində Azərbaycanın tarixi torpaqlarından bütün terrorçular qovuldu, nəticədə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam olaraq bərpa olundu.
Məqsəd, şagirdlərə “Konstitusiya və Suverenliyimizin” əhəmiyyətini aşılamaqdan ibarət idi.