Nə? Harada? Nə zaman? oyunu üzrə Respublika çempionatının final oyunu

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil Oyunları Platformasının təşkilatçılığı, Kapital Bankın dəstəyi ilə Azərbaycan müəllimləri arasında keçirilən Respublika çempionatında 69 nömrəli tam orta məktəbin müəllimlərindən ibarət “Sirius” komandası III yerə layiq görülmüşdü. Bu böyük qələbə münasibəti ilə məktəbin direktoru Faiq Məmmədov qalibləri təbrik etdi və onlara yeni-yeni uğurlar arzuladı.