"Konstitusiya və Suverenlik ili" çərçivəsində tədbirlər planına əsasən Qobustana ekskursiya

  “Məktəbin illik  fəaliiyət planı”na uyğun olaraq məktəbin müəllim heyəti və məktəbin şagirdləri "Konstitusiya və Suverenlik ili" ilə əlaqədar olaraq 26 aprel 2025-ci il tarixində Qobustana ekskursiya etdilər.  Dərs prosesində qədim tariximizə dair keçilən mövzular, mətnlər şagirdlərdə maraq oyatmış, canlı görmək istəyi onları bu ekskursiyaya cəlb etmişdi. Şagidlərə  muzeydə olan tarixi eksponatlar, müxtəlif heyvan sümükləri, ağacdan, sümükdən düzəldilmiş ov və əmək alətləri, xırda daşlardan hazırlanmış qolbaqlar, boyunbağılar, arxeoloji qazıntılar nəticəsində tapılmış qəbir abidələri içindən çıxarılmış qablar şagirdləri heyrətə gətirdi. Hələ illər əvvəl Sehrli xalat filmində göstərilən “sehrli kitablar” muzeydə öz əksini tapırdı. Daha sonra açıq səma altında Qobustan qayaları üzərində müxtəlif heyvanların, yallı gedən insanların təsvirləri, qaval daşı, həmçinin bütün bunlar haqqında bələdçilərin turistlərə verdiyi məlumatlar Azərbaycanın qədim tarixindən xəbər verir və bu gün də müstəqil bir dövlət olduğunu sübut edir. Məqsəd, milli-mədəniyyət abidələrimizi yaxından öyrənmək, şagirdlərə Azərbaycan tarixini dərindən tanıtmaq və sevdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi