“Zərərli vərdişlər: Alkoqolizm və narkomaniya”mövzusunda dəyirmi masa.

   23 aprel 2025-ci il tarixində məktəbin psixoloqu, UBTR-i, həkimi və tibb bacısı yuxarı sinif şagirdləri ilə “Zərərli vərdişlər: Alkoqolizm və narkomaniya”mövzusunda dəyirmi masa təşkil etdilər. Şagirdlərlə Alkoqolizm və narkomaniyanın sağlamlığa vurduğu ziyanı, cəmiyyətə və fərdlərin sosial rifahına göstərdiyi mənfi təsirləri, zərərli vərdişlərə “yox”demək strategiyası müzakirə olundu. Görüş zamanı sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma yolları haqqında ətraflı məlumat verildi. Sonda şagirdlər mövzu ilə əlaqədar çəkdikləri rəsmləri təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi