2025-ci il Konstitusiya və Surevenlik ilidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu münasibətlə tədbirlər planına əsasən məktəbimizdə silsilə tədbirlər keçirilir. “23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə məktəbimizin kitabxana müdiri Nərminə Məmmədova kitabların yaranmasından,hər bir şagirdin mütaliə etmək hüququ və müəlliflərin hüquqlarına hörmət əlaməti olaraq bu günün əlamətdar gün kimi bütün dünyada qeyd olunmasından ətraflı söhbət açdı. Şagirdlərin tanış olduğu kitablar sırasında ölkəmizin suverenliyi və Konstitusiya Günü haqqında maraqlı kitablar var idi.
Həmçinin şagirdlər sinif rəhbəri Vəfa Hüseynovanın təşkilatçılığı ilə Bakı Beynəlxalq Kitab Sərgisində kitablar və müəlliflər ilə də yaxından tanış oldular.