23 Aprel “Beynəlxalq Kitab Günüdür”

Kitab günü ilə əlaqədar məktəbdə müxtəlif tədbirlər keçirildi. Məktəbimizin 5a, 5b, 6b sinif şagirdləri kitab sərgisində iştirak etdilər, orada yazıçılarla və yeni nəşrlərlə tanış oldular.
Məktəbin kitabxana müdiri Məmmədova Nərminə 6a və 6b siniflərində məlumat xarakterli kitabxana dərsi keçirtdi. Dərs zamanı şagirdlər kitabxana fonduna daxil olan yeni nəşrlərlə tanış oldular, kitabların necə çapa hazırlanması haqqında məlumatlar əldə etdilər.