Milli musiqimiz xalqımızın milli dəyərləridir.

Aprel ayında məktəbimizdə musiqi günləri keçirilmişdir. "İnci" xor dərnəyinin üzvləri xalq mahnılarımız və rəqslərimiz, xalq çalğı alətlərimiz və muğamlarımız haqqında məlumat verdilər. Dərnəyin üzvləri milli alətlərimizin yaranması və quruluşundan da danışdılar. "Xarı bül-bül" rəsm dərnəyinin üzvləri isə "Milli musiqimiz-milli dəyərlərimizdir" mövzusunda rəsm sərgisi təşkil etmişdir. Musiqi günlərinin keçirilməsində əsas məqsəd milli dəyərlərimizin, xalq musiqimizin şagirdlərə düzgün aşılanmasıdır.