Ulu Öndər Heydər Əliyevin şərəfinə həsr edilmiş referat yazı müsabiqəsi

7 aprel 2025-ci il tarixində Bakı Şəhəri İcra hakimiyyətinin təşəbbüsü və Sabunçu rayonu İcra hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu rayonu Gənclər Evində Ulu Öndər Heydər Əliyevin şərəfinə həsr edilmiş referat yazı müsabiqəsinin təqdimat mərasimi keçirildi. Sabunçu rayon təhsil müəssisələrinin şagirdlərinin yazdığı 127 referatdan 10 ən yaxşı referat seçildi. Referatların yoxlanması üçün Sabunçu rayon İcra hakimiyyəti tərəfindən xüsusi komissiya təşkil edilmişdir. Komissiyanın müəyyən etdiyi 10 ən yaxşı referatın müəlliflərindən biri 69 nömrəli tam orta məktəbin 10a sinif şagirdi Aysu Yusifovadır. Referatın mövzusu “XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti” haqqındadır.
Şagirdimizi və onun elmi rəhbəri Faiq Məmmədovu təbrik edirik.