Şagirdlərimiz “Nə? Harada? Nə zaman?” çempionatının final turunda

2 aprel 2025-ci il tarixində məktəbin VII-VIII-IX sinif şagirdlərindən ibarət yığma komandası “Nə? Harada? Nə zaman?” oyununun Azərbaycan çempionatında final mərhələsinin iştirakçısı oldular. İştirakçılara yarış təşkilatçıları tərəfindən sertifikat təqdim olundu.
Yarışdan sonra məktəbin direktoru Faiq Məmmədov şagirdləri qəbul etdi, və onlara yeni-yeni uğurlar arzuladı.