31 Mart Azərbaycanlıların Soyqırımı və Aprel döyüşləri

31 Mart Azərbaycanlıların Soyqırımı qurbanları və aprel şəhidləri 2"b" sinfində də yad edildi. Bu məqsədlə sinif müəllimi Kərbalayeva Ruhiyyə şagirdləri başa düşəcəkləri tərzdə qısa məlumatlandırdı. Onlara erməni vandallarının azərbaycanlılara qarşı ta qədimdən törətdiyi vəhşiliklər, torpaq davası haqqında diskussiya etdi. Daha sonra zəfərə aparan yol kimi qiymətləndirilən Aprel döyüşləri, rəşadətli ordumuzun şücaəti, polad iradəli generalımız Polad Həşimovun həyatı və keçdiyi şanlı döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar haqqında danışıldı. Şagirdlər hər iki mövzuda şəkillər çəkib sərgilədilər.