31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı

   3 aprel 2025-ci il tarixində məktəbimizdə 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımına həsr olunmuş tədbir təşkil olundu. Bu tədbirdə IX və X sinif şagirdləri, həmçinin məktəbin direktor müavinləri iştirak etdilər. Tədbir zamanı məktəbin rəhbərliyi və tarix müəllimləri soyqırım  haqqında şagirdlərə ətraflı məlumat verdilər, xalqımıza təsirindən danışdılar. 

  Şagirdlər də tədbirdə fəal iştirak edərək bu faciənin unudulmamasının lazım olduğunu əsaslandıran maraqlı fikirlər irəli sürdülər. Onlar tarixi hadisələrdən dərs almanın, xalqların yaşadığı ağrıların unudulmamasının və gələcək nəsillərə çatdırılmasının önəmini qeyd etdilər. Həmçinin bu tədbirin təşkil edilməsinin millətimizin birliyini və dəyərlərini qorumaq baxımından vacib olduğunu qəbul etdilər.

  Unutmamalıyıq ki, belə faciələrin xatırlanması tarixi ədalətin bərpası, eyni zamanda milli kimliyimizin, mədəniyyətimizin və azərbaycanlı olmağın önəmini vurğulamaq üçündür. Bu, gənc nəsillərin tariximizlə bağlı daha çox məlumat əldə etməsi, elm və maarifçilik yolunda irəliləməsi üçün vacibdir. Bu cür tədbirlər bizə birliyimizi, həmrəyliyimizi və milli qürurumuzu artırmağa kömək edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi