"Yurdumuza bahar gəlir "

   Novruz xalqımızın zəngin maddi- mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən milli bayramlarımızdan biridir. 18 mart 2025-ci il tarixində məktəbimizdə " Yurdumuza bahar gəlir" adlı Novruz bayramı keçirildi.

   Tədbirdə adət- ənənələrimiz, milli - mənəvi dəyərlərimizdən söhbət açıldı və bu dəyərlərin gələcək nəslə ötürülməsinin vacibliyi şagirdlərin diqqətinə çatdırıldı. Şagirdlər bahar ətirli, Novruz təravətli mahnı və şeirlər ifa etdilər. Milli rəqslər və bayramın bəzəyi olan Kosa və Keçəlin məzəli əhvalatları şənliyə bəzək qatdı. Bahar qızı baharın təravətini, Novruzun sevincini hər kəslə bölüşdü, tədbir iştirakçılarını şənləndirdi.

  Tədbirin keçirilməsində məqsəd şagirdlərdə milli dəyər anlayışını formalaşdırmaq, keçmişimizlə bağı qoparmamaq, sahib olduğumuz ənənələri yaşatmaq, qorumaq, gələcək nəslə ötürməkdir.  Tədbirin sonunda məktəbin direktoru Faiq Məmmədov şagirdləri, müəllimləri, valideynləri və digər qonaqları ilaxır çərşənbə və Novruz bayramı münasibəti ilə təbrik edərək ən xoş arzularını çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi