İdmançıların yarışa hazırlığına psixoloji yanaşma

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrini rəhbər tutaraq 4-10 mart 2025-ci il məktəblərdə idman həftəsi kimi qeyd olunur. Bununla əlaqədar olaraq məktəbin psixoloqu idmançı şagirdlərin yarışa psixoloji hazırlığına dəstək məqsədilə maarifləndirici söhbət apardı.