İdman həftəsi keçirildi.

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin təmin edilməsi məqsədi ilə məktəbdə 4-10 mart tarixlərində idman həftəsi təşkil edildi. İdman həftəsi Azərbaycan Respublikasının Elm vəTəhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına uyğun həyata keçirilmişdir. İdman həftəsi ərzində səhər gimnastikası, idman növləri haqqında mövzular, idman viktorinası, “Şən startlar” basketbol və voleybol yarışları, qol güləşi, stolüstü idman oyunları və s. idman yarışları təşkil edilmişdir. Tədbirlərin keçirilməsinə məktəbin direktoru Faiq Məmmədov şəxsən nəzarət etmişdir.