“1 Mart Ümumdünya Mülki Müdafiə günü” qeyd edildi.

3 Mart 2025-ci il tarixində məktəbin 2-ci sinif müəllimlərinin təşkilatçılığı ilə Mülki Müdafiənin təşkilinə həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərimiz yad olundu.Tədbirdə məktəbin direktor müavinləri Məmmədova Raziyə, Əliyeva Aida və təsərrüfat işləri üzrə direktor müavini Nuriyeva Xəyalxanım, həmçinin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbirdə qeyd olundu ki, Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı ölkəmizdə mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malikdir. Həmçinin, ölkədə mülki müdafiə tədbirləri, mülki müdafiə işinin təşkili və həyata keçirilməsi sahəsində nazirliyin vəzifələri, fəaliyyəti və bu sahədə görülən işlər haqqında geniş məlumat verildi.
Tədbirin praktiki hissəsində fövqəladə hallar zamanı xilasetmə işlərinə aid olan, insanlara ilk yardım zamanı süni tənəffüsün verilməsi və ürəyin qapalı masajının, qanaxma zamanı ilk yardımın qaydaları izah və nümayiş olundu. Sonra praktiki məşğələyə start verildi. Nəzarətçi müəllimlər tərəfindən şərti olaraq məktəblərdə törədilən yanğınlar lokallaşdırılaraq söndürüldü. Qeyd edək ki, məşqin keçirilməsinin məqsədi təbii fəlakət zamanı davranış qaydalarına əməl etmək üçün hazırlıq vəziyyətinin yoxlanılması və təbii fəlakətin nəticələrinin aradan qaldırılması sahəsində vərdişlərin aşılanmasıdır.