Zərərli vərdişlər. Siqaret çəkmək.

3 Mart tarixində “Reproduktiv sağlamlıq”layihəsi çərçivəsində VIII sinif şagirdləri ilə “Zərərli vərdişlər, siqaret çəkmək” mövzusunda növbəti maarifləndirici dərs keçirildi. Dərs diskussiya və qruplarla iş formasında təşkil edildi. Şagirdlər zərərli vərdişlər, onların insan sağlamlığına ziyanı barədə arqumentlər yazaraq təqdimat hazırladılar. Dərs qızlar və oğlanlar üçün ayrılıqda məktəbin psixoloqu və həkimi tərəfindən təşkil olundu. Sonda şagirdlərə sağlam həyat tərzi keçirməyin, idman və digər faydalı məşğuliyyətlərə yönəlməyin vacibliyi bir daha xatırladıldı.