"Zərif ürəklərdən doğan möhtəşəm rəsmlər".

Məktəbin Fəaliyyət Planına uyğun olaraq Xocalı soyqırımının 33- cü ildönümünə həsr olunan uşaqların əl işlərindən ibarət rəsm sərgisi təşkil olundu.
Sərgidə şagirdlər Xocalı faciəsini özündə əks etdirən rəsmlərlə tanış oludular.
Sərginin keçirilməsində əsas məqsəd Xocalı qurbanlarını yad etmək, gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi , məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək idi .