"Qisasın alındı , məğrur Xocalım"

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalı faciəsini bir daha yad etmək, onun mahiyyətini şagirdlərə anlatmaq məqsədilə məktəbdə bu faciənin 33- cü ildönümü ilə əlaqədar, Tədbirlər planına uyğun olaraq UBTR Salmanova Pərvanənin təşkilatçılığı ilə 26 fevral tarixində tədbirlər həyata keçirildi .
Tədbirdə şagirdlər çıxış edərək Xocalı soyqırımının öz ağlasığmaz qəddarlığı, qeyri - insani cəza üsulları və bəşər tarixində bir vəhşilik nümunəsi olduğunu qeyd etdilər.
Xocalımız 33 ildir ki, bu qanlı cinayətin ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş digər rayonlarımız tam azaddır.
Bu gün Xocalı yalnız bir faciənin deyil, həm də Azərbaycanın gücünün, iradəsinin və haqq savaşının qələbə çaldığının sübutudur. Dağıdılmış şəhər indi yenidən dirçəlir , müasir və daha möhtəşəm bir "Xocalı" inşa edilir.
Faciə qurbanlarını ehtiramla yad edirik.