Xocalı faciəsindən 33 il ötdü…

Məktəbin ibtidai siniflərində təşkilat saatının hesabına 26 fevral 2025-ci il tarixində Xocalı faciəsinin qurbanları 1 dəqiqəlik sükutla anıldı. Şagirdlər fevralın 25-dən 26-na keçən gecə güllələnən, əsir düşən, ailəsini itirən insanların sayı və həmin gecənin dəhşətləri haqqında danışdılar. Bu mövzuda şeirlər ürək ağrısı ilə söylənildi. Məqsəd şagirdlərə Xocalı faciəsini unutdurmamaqdır.