Ana Dili Günü keçirildi

  Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq  Ana Dili Günü  tədbiri  25 fevral 2025-ci il tarixində keçirildi. Tədbir məktəbin 5a və 5d sinfinin şagirdlərinin iştirakı ilə baş tutmuşdu.  21 Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı İsmayılova Yeganə müəllimin təşkilatçılığı  ilə təşkil edilmişdir. Bu tədbirdə Ana dilimizin şirinliyi, saflığı və gözəlliyi Bəxtiyar Vahabzadənin, Tofiq  Bayramın, Mina Rəşidin, Şirinxanım Kərimbəylinin və başqa şairlərin yaradıcılığından 5d sinif şagirdlərinin söylədikləri şeirlərdə və hazırladıqları "Ana dilimə sevgi" səhnəciyində daha aydın vurğulandı. 5a sinfinin ifasında Gülzar İbrahimovanın bəstələdiyi "Azərbaycan dili" mahnısı səsləndirildi. Sonda hamı birlikdə,-Yaşasın  Ana dilimiz! söylədilər. Dilimiz təkcə sözlərlə deyil, həm də musiqi ilə danışır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi