Dərsdinləmələr müzakirə edildi.

12 fevral 2025-ci il tarixində ibtidai təhsil səviyyəsinin IV sinifləri üzrə dərsdinləmələrin müzakirəsi keçirildi. Məqsəd, dərsdinləmələr zamanı müşahidə edilən vacib nüansları diqqətə çatdırmaq və müşahidəçilər tərəfindən tövsiyyələrin verilməsi idi. Müşahidəçi qismində iştirak etmiş məktəbin direktoru Faiq Məmmədov və təlim-tərbiyyə işləri üzrə direktor müavini Aida Əliyeva müşahidələr zamanı qeyd etdikləri güclü və zəif tərəfləri, o cümlədən inkişafa ehtiyac duyulan sahələri müəllimlərin nəzərinə çatdırdılar.