Şagirdlərimiz Memorial Soyqırım Muzeyində

26 fevral - Xocalı soyqırımının 33- cü ildönümü ilə əlaqədar UBTR Salmanova Pərvanənin təşkilatçılığı ilə Vlll, Vll və V sinif şagirdləri 12 fevral 2025-ci il tarixində Hərbi Prokurorluğun nəznində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyində ekskursiyada oldular.
Ekskursiyanın təşkil olunmasında məqsəd, tariximizin qan yaddaşını qoruyub gənc nəslə çatdırmaq, soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək, vətənə, torpağa, məhəbbət, düşmənə nifrət hislərini aşılamaq idi.