“Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır”

10 Fevral 2025-ci ildə VIII sinif şagirdləri ilə “Reproduktiv sağlamlıq” layihəsi istiqamətində məktəbin psixoloqu və biologiya müəllimi “Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır” mövzusunda maarifləndirici dərs təşkil etdilər. Dərsdə şagirdlər mövzu ətrafında müzakirədə aktiv iştirak etdilər. Mövzuyla əlaqədar şagirdlərə slayd təqdim olundu. Şagirdlər gigiyena qaydaları və düzgün qidalanma haqqında öz fikirlərini yazaraq təqdimat hazırladılar.