“Qəhrəmanın yolu” adlı Anım tədbiri keçirilmişdir.

7 fevral 2025-ci il tarixində 3ç sinfində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə “Qəhrəmanın yolu” adlı Anım tədbiri keçirilmişdir. Tədbirdə şagirdlər Mübariz İbrahimovun keçdiyi həyat yolundan danışdılar, onun haqqında şeirlər səsləndirdilər. Mübariz İbrahimovun yazdığı məktub səslədirildi, hərbi kompozisiya və məzarını ziyarət videosu nümayiş etdirildi. Şagirdlər Mübariz İbrahimovun dəyərli xatirəsini bir daha xatırlatdılar. Onun qəhrəmanlığı və vətənə olan sevgisi hər bir azərbaycanlı üçün bir nümunədir.
Bütün bunlar bizə göstərir ki, vətən üçün canını fəda edən qəhrəmanlar heç vaxt unudulmur və onların xatirəsi həmişə bizim qəlbimizdə yaşayır.