“Yaradıcı müəllim”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb. Məktəbimizin ibtidai sinif müəllimi Həsənova-Əzizova Nigar müəllim "Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsində fəal iştirakına görə Təşəkkürnamə ilə təltif olunmuşdur. Kollektivimiz adından gənc müəllimimizə gələcək fəaliyyətində uğurlar arzu edirik.