“Əsgərə məktub” layihəsi davam edir.

   Məktəbimizdə artıq ənənəyə çevrilmiş “Əsgərə məktub” layihəsi uğurla davam edir. Bugünkü qonaqlarımız sərhəd qoşunlarında xidmət etmiş əsgərlərdir. Əsgərlər Musayev Rafael və Qurbanov Tapdıq məktəbin  6a sinif şagirdi Nihal Əliyeva tərəfindən yazılmış məktubu oxumuş və təxris olunduqdan sonra məktubla birlikdə məktəbimizə qonaq gəlmişdirlər. Elecədə onların əsgər yoldaşları  6-cı sinif şagirdi Nihalın yazdığı məktubdan son dərəcə fərəh və qürur hissi keçirmişdirlər.  Həmçinin 69 nömrəli tam orta məktəbin kollektivi və rəhbərliyi baş verənlərdən fəxarət və qürur hissi keçirdiklərini bildirdilər. Məktəbin direktoru Faiq Məmmədov əsgərlərimizi qarşılayaraq, onlarla xeyli söhbət etdi və bu hadisənin həm əsgərlər üçün həmdə balaca Nihal üçün xoş bir xatirə kimi qalacağını vurğuladı.

  Hesab edirik ki, “Əsgərə məktub” layihəsi şagirdlər arasında vətənpərvərlik ruhunun daha da güclənməsinə kömək edən bir layihədir. Bu layihənin əhatə dairəsinin daha da genişləndirməsini planlaşdırırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi