Növbəti pedaqoji şura iclası keçirildi.

   31 yanvar 2025-ci il tarixində məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. İclasa sədrlik edən məktəbin direktoru Faiq Məmmədov gündəlikdə duran məsələləri  pedaqoji heyətin nəzərinə çatdırdıqdan sonra iclas davam etdi. İclasın gündəliyində duran əsas məsələ 1-ci yarımilin yekunları ilə bağlı hesabatların dinlənilməsi idi. İbtidai və yuxarı siniflər üzrə direktor müavinlərinin qiymətləndirmə ilə bağlı hesabatları dinlənildikdən sonra məktəbin təşkilatçısı, psixoloqu və UBTR-i növbə ilə yarımillik hesabatla çıxış etdilər. Daha sonra cari məsələlər müzakirə edildi və pedaqoji heyət müzakirələrdə fəal iştirak edərək, müzakirə edilən məsələlərə münasibət bildirdilər.

  Müvafiq qərarlar qəbul edildikdən sonra iclas başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi