20 Yanvar- Azadlığa Gedən Yolun Zirvəsi

1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisələrdən 35 il ötür. Hər il Ümumxalq Hüzn Günü kimi qeyd olunan 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi tarixinə "qəhrəmanlıq səhifəsi," "azadlığa gedən yolun zirvəsi " kimi daxil olmuşdur.
Bu məqsədlə 17 yanvar 2025-ci il tarixində məktəbin UBTR-i Salmanova Pərvanə "Azadlığa gedən yolun zirvəsi" adlı tədbir keçirdi. Tədbir zamanı qəhrəman şəhidlərimizi yad etmək üçün bu hadisələri özündə əks etdirən fotoşəkil və videolar nümayiş etdirildi. Şagirdlər şeir, təqdimat və mahnılarla çıxış etdilər.
Tədbirin keçirilməsində məqsəd bu günü şagirdlərin yaddaşında əbədiləşdirmək, tarixi faciəni, qəhrəmanlıq salnaməsini unutdurmamaq idi. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün 20 Yanvar şəhidlərinə borcluyuq.
20 Yanvar şəhidlərimizin xatirəsini qürur və ehtiramla anırıq!