IX, X, XI sinif şagirdləri ilə görüş keçirildi.

7 yanvar 2025-ci il tarixində Polis Akademiyasının əməkdaşı polis polkovnik-leytenantı Kazımov Eldəniz və Balaxanı qəsəbəsi sahə müvəkkili polis mayoru Muxtarov Rizvanın iştirakı ilə toplantı keçirildi. Toplantıda əsasən IX, X, XI sinif şagirdləri iştirak edirdilər. Məqsəd Polis Akademiyasına qəbul qaydaları ilə şagirdləri tanış etmək və onlarda bu sahə ilə bağlı maraq oyatmaq idi. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyyələr verilmişdir.