Növbəti Pedaqoji Şura iclası keçirildi.
28 dekabr 2024-cü il tarixində məktəbin ali qanunverici orqanı olan Pedaqoji Şuranın növbəti iclası keçirildi. Pedaqoji Şuranın sədri, məktəbin direktoru Faiq Məmmədov iclası açıq elan etdikdən sonra gündəlikdə duran əsas məsələlər müzakirə edildi. Müzakirələrdən sonra məktəb rəhbərliyi pedaqoji heyəti qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəyliyi” günü və “Yeni il” münasibətilə təbrik etdi. Daha sonra məktəb direktorunun əmrinə əsasən bir qrup müəllim pedaqoji sahədə səmərəli fəaliyyətlərinə görə təltif olundular. Həmçinin cari tədris ilində 65 yaşı tamam olmuş məktəbin təşkilatçısı Yeganə İsmayılova, riyaziyyat müəlllimi Valeh Novruzov, fiziki tərbiyyə müəllimi Naibə Xuduyeva fəxri fərmanla təltif olundular.