“Rənglərin söhbəti” adlı təqdimat keçirildi.
Tədris ili başlayandan bəri az müddətdə oxu bacarıqlarına yiyələnən 1B sinif şagirdləri ilin bitməsi ərəfəsində 27 dekabr 2024-cü il tarixində bacarıqlarını nümayiş etdirmək məqsədilə hesabat tamaşası təqdim etdilər. Rənglərin mübahisəsindən bəhs edən "Rənglərin söhbəti" adlı rollu oyunda hər bir şagird həvəslə iştirak etdi. Nəticə olaraq bu qənaətə gəldilər ki, bütün rənglər gözəldir.