Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.

23 dekabr2024-cü il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənxanova Günayın təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş "Naxçıvanın şanlı tarixi"adlı tədbir keçirildi.Tədbirdə Ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuşdur. Bu səbəblə də Naxçıvanın mədəni irsi, tarixi abidələri, faydalı mineral suları, dahi şəxsiyyətləri haqqında geniş məlumat verildi. Naxçıvan mətbəxinə aid Naxçıvan təamları: qovurma, plov, sucuq, qozlu çöçə, meyvə quruları və s. nümayiş etdirildi. Naxçıvana aid şeirlər, mahnılar səsləndirildi, rəsm əsərləri nümayiş etdirildi. Hüseyn Cavidin "Qız məktəbində" və Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsindən səhnəciklər göstərildi. "Naxçıvan yallısı" və "Badamlı" rəqsi şagirdlər tərəfindən ifa edildi. Sonda məktəbin direktoru Faiq Məmmədov bu münasibətlə bütün kollektivi təbrik etdi.