Şagird Şurasının ilk iclası

    20 dekabr 2024-cü il tarixində məktəbdə “Ümumi təhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar”ın icrası istiqamətində IX və X sinif şagirdləri ilə Şagird Şurasının ilk iclası keçirildi. Şagirdlərə bullinq, onun növləri və tərəfləri, bullinq hesab olunmayan davranışlar və bullinqin qarşısının alınması yolları haqqında məlumat verildikdən sonra Şagird Şurasının üzvləri arasından mentor və nəzarətçilər təyin olundu. Qeyd edək ki, mentorların işi şagird kontingenti arasında “Bullinq və onun yaratdığı fəsadlar” mövzusunda maarifləndirmə aparmaq, nəzarətçilərin işi isə bullinqin meydana gələ biləcəyi qaynar nöqtələrə tənəffüs zamanı nəzarət etmək olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi