“Naxçıvan aylığı” çərçivəsində V siniflər arasında intellektual yarış keçirildi.

17 dekabr 2024-cü il tarixində məktəbin tarix müəllimi Səfərova Rumiyyə tərəfindən V siniflər arasında yarış təşkil edildi. Yarış Naxçıvan Muxtar Respublikanın yaranmasının 100 illiyinə həsr olunmuşdu. Tərtib olunmuş suallar Naxçıvan Muxtar Respublikasının tarixi abidələri və dahi şəxsiyyətləri haqqında idi. Yarışda məktəbin direktoru Faiq Məmmədov da iştirak etdi. VÇ sinfi yarışın qalibi oldu. Qalib sinif və digər iştirak edən siniflər diplomlarla təltif olundular.