" Naxçıvan aylığı" çərçivəsində , Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

16 dekabr 2024-cü ildə məktəbin UBTR- i Salmanova Pərvanə V sinif şagirdləri ilə inşa yazı müsabiqəsi keçirdi. Eyni zamanda IV sinif şagirdlərinə Naxçıvan Muxtar Respublikasının yaradılması, onun tarixi, mədəni irsi və tarixi abidələrini özündə əks etdirən sənədli film nümayiş olundu.
Tədbirin keçirilməsində məqsəd Naxçıvanın zəngin tarixi, tarixi abidələri, etimologiyası haqqında şagirdlərə məlumat vermək, görkəmli xadimlərinin xidmətlərini onların diqqətinə çatdırmaqdır.