“Naxçıvan ayı” layihəsi çərçivəsində məktəbdə Ümummilli liderimiz Heydər Əliyevin anım günü, və Naxçıvan Muxtar Respublikasının 100 illiyi qeyd edildi.

   12 Dekabr 2024-cü il tarixində Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş "Anım günü” ilə əlaqədar olaraq məktəbin xarici dil müəllimləri tərəfindən şagirdlərlə debat dərs keçirildi. Şagirdlərimiz Naxçıvanın tarixi, mədəniyyəti və Ulu Öndər Heydər Əliyev haqqında məlumat verdilər.

    Həmçinin, şagirdlər Ulu Öndərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirdilər və onunla bağlı xatirələrdən ibarət videoçarxı izlədilər. Debat dərs milli ruhun, dil sevgisinin və Ulu Öndər  irsinin əhəmiyyətinin vurğulanması ilə yanaşı Naxçıvanın mədəni irsi, tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi ilə yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi