1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü

Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd olunur. Son illər dünya səviyyəsində aparılan təbliğat işləri nəticəsində virusun əvvəlki sürətlə yayılmasının qarşısı alınmışdır. Bu məqsədlə 2 dekabr 2024-cü il tarixində QİÇS-lə Mübarizə Günü münasibətilə maarifləndirici tədbir keçirildi. Biologiya müəllimi Həsənquliyeva Vüsalə, məktəbin həkimi Quliyeva Rüxsarə, psixoloq İbrahimova Könül, UBTR-i Salmanova Pərvanə tərəfindən təşkil olunmuş tədbir zamanı QİÇS xəstəliyinin əlamətləri, virusdan qorunma yolları, virus daşıyıcılarının psixologiyası haqqında şagirdlərə geniş məlumat verildi. Bu, gənclərin maarifləndirilməsi və sağlam həyat tərzinin keçirilməsi baxımından əhəmiyyətli rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi