"Qayıdışınız mübarək!" adlı tədbir keçirildi.

      Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsindən 4 il ötür.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində, imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il noyabrın 25-i Kəlbəcər rayonu, 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verilmişdir. Bu mövzuda, məktəbin “Fəaliyyət planı”na uyğun olaraq VIII sinif şagirdlərinin iştirakı ilə " Qayıdışınız mübarək"! adlı tədbir keçirildi. Tədbir ilk öncə Dövlət himni ilə başlandı. Sonra isə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Çıxış edən şagirdlərimiz rayonlarımızın keçmişi , bu günü , təbiəti, mədəniyyəti haqqında danışdılar və bildirdilər ki, Vətən müharibəsində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı böyük qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin , iqtisadi gücünün nümayiş ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.

      Tədbirin keçirilməsində məqsəd şagirdlərə vətənpərvərlik tərbiyəsinin aşılanması , tarixi hadisələrə düzgün münasibət formalaşdırılmasından ibarət olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi