Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə metodbirləşmə iclası keçirildi.

20 noyabr 2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə metodbirləşmə iclası keçirildi.

İclasda məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Raziyə Məmmədova  da iştirak edirdi  Metodbirləşmə rəhbəri -Şəfa Nuriyevanın iki ay müddətində görülmüş işlər barəsində məlumatı dinlənildi.

Sonra oktyabr ayında məktəbin müdiriyyəti tərəfindən keçirilmiş monitorinqin nəticələri təhlil olundu.

Qarşıda duran məsələlər:

1. KSQ nümunələrinin hazırlanması  və keçirilməsinə nəzarət

2. Zəif şagirdlərlə görülən iş

3. Buraxılış imtahanlarına hazırlıq

4. BSQ -1 nümunələrinin standartlara uyğun hazırlanıb müdiriyyətə təhvili

5. Açıq və nümunəvi dərslərin keçirilməsi müzakirə olundu.

Sonda Raziyə Məmmədova gənc müəllimlərə öz tövsiyəsini verdi

Azərbaycan dili və ədəbiyyat metodbirləşməsinin fəaliyyəti qənaətbəxş hesab olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi