“ Zəfər Günün Mübarək Ey Vətən” adlı tədbir keçirilmişdi
7 noyabr 2024-cü il tarixində ölkəmizin şanlı zəfəri münasibəti ilə “ Zəfər Günün Mübarək Ey Vətən” adlı ədəbi-bədii kompozisiya təşkil olunmuşdur. Tədbirdə müxtəlif şeirlər səslənmiş, səhnəciklər nümayiş etdirilmişdir. Məktəbin musiqi müəllimi Leyla Qasımovanın rəhbərliyi ilə “İnci” xor qrupu “44 gün” və “Ey gözəl vətən” kompozisiyalarını ifa etmişdirlər. Tədbirdə 6a, 6b, 10c sinifləri xüsusi fəal iştirak etmişdirlər. Vətənimizin azadlığı uğrunda canından keçən igid oğullarımızı yad etmək məqsədi ilə məktəbin məzunu olmuş şəhidlərin ailələri tədbirə dəvət olunmuşdur. Eyni zamanda tədbirdə BMT-nin İqlim dəyişikliyi ilə bağlı Azərbaycan üzrə nümayəndə heyətinin üzvləri və Balaxanı Neft Mədəninin şöbə müdiri də tədbirdə iştirak etmişdirlər. Şagirdlərin tədbirdə ruh yüksəkliyi, zəfər coşğusu ilə iştirakını xüsusi bəyənmişdirlər. Sonda məktəbin direktoru Faiq Məmmədov çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən danışmış, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir. Arzu edirik ki, vətənimizdə yalnız Zəfər ruhlu günlər qeyd olunsun.
Zəfərin mübarək Ey Vətən!